“Əl-Qaidə” liderlərindən biri zərərsizləşdirildi

el-qaide-liderlerinden-biri-zerersizlesdirildi
Oxunma sayı: 2617

Əfqanıstan təhlükəsizlik qüvvələri terror təşkilatı "Əl-Qaidə" liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Onun adı ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ən çox axtarılan terrorçuların siyahısında hallanırdı.

Məlumata əsasən, Əbu Muhsin əl-Məsri ABŞ-da xarici terror təşkilatına maddi dəstək verməkdə və Amerika vətəndaşlarını öldürmək üçün əlbirlikdə günahlandırılıb. Silahlı Əfqanıstanın Qəzni əyalətində keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.