“Əl-Qaidə”nin daha bir lideri öldürüldü

el-qaidenin-daha-bir-lideri-olduruldu
Oxunma sayı: 782

ABŞ ordusunun Yəməndə “Əl-Qaidə” terror qruplaşmasının mövqelərinə qarşı həyata keçirdiyi aviazərbə nəticəsində təşkilatın komandirlərindən biri məhv edilib.

“Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib. 

“ABŞ hərbi qüvvələri Əbdül Əhməd əl-Əlakini zərərsizləşdirib. O, aprelin 23-də Yəməndə həyata keçirilən aviazərbə nəticəsində öldürülüb”, - deyə C. Devis söyləyib.

Onun sözlərinə görə, daha 7 döyüşçü zərərsizləşdirilib.