Əl qumbarası aşkarlandı- - Bakıda

el-qumbarasi-askarlandi-
Oxunma sayı: 775


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, döyüş sursatı Xəzər rayonunda aşkarlanıb.

Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər və aşkarlanış hərbi sursata baxış keçiriblər. İstifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarası aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər, digər növ şübhəli əşya aşkar edilməyib.