El Salvadorda stadionun girişində izdiham - Ölən və yaralananlar var

el-salvadorda-stadionun-girisinde-izdiham
Oxunma sayı: 1853

El Salvadorda “Alianza” və “FAS” komandaları arasında keçirilən futbol matçını izləmək üçün stadiona daxil olmaq istəyən tərəflər arasında izdiham yaranıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt San Salvadorda stadionun girişində baş verən izdihamda ən azı 9 nəfər həyatını itirib.

Çox sayda insanın vəziyyətinin ağır olduğu və xəstəxanaya aparıldığı bildirilib.

Matç gec bir tarixə təxirə salınıb.