Əl yükündən 14200 ədəd siqaret çıxdı

el-yukunden-14200-eded-siqaret-cixdi
Oxunma sayı: 1632

Rusiyadan Azərbaycana gizli yolla siqaret gətirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Şirvanovka” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının əl yükünə baxış keçirilib. Baxış zamanı əl yükündə olan ərzaq məhsullarının arasından 14 min 200 ədəd “NZ GOLD” markalı siqaretlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd