"Güzəştli mənzil seçimi barədə elan satış tarixindən ən azı 30 gün öncə verilir. Hər elandan sonra güzəştli mənzilin sınaq versiyası həyata keçirilir. Burada məqsəd vətəndaşların sistemdən istifadə etmək qabiliyyətlərini təkmilləşdirilməsidir".
“Qafqazinfo” xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı mətbuat konfransında deyib.
O qeyd edib ki, satışın başlamasına 24 saat qalmış geri sayıma start verilir.
"Bu mərhələdə ilk olaraq ödəniş üsulu seçilməlidir. Vətəndaş güzəştli mənzili güzəştli ipoteka ilə əldə etmək istəyirsə, agent banklardan birinə müraciət etməlidir",-deyə o əlavə edib.
Fərman Qurbanlı vurğulayıb ki, mənzil seçimi edildikdən sonra layihə üzrə seçim aparılır.
Onun sözlərinə görə, mənzillərin təmiri standartlara uyğundur və sadəcə otaqların rəng seçimində fərqlər var.
Xatırladaq ki, “Güzəştli mənzil”lə bağlı nöqsanlar nəzərə alınaraq 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.
***
Fərman Qurbanlı əlavə edib ki, tezliklə MİDA tərəfindən mənzillərin satışı ilə bağlı seçim elan olunacaq. Satış tarixindən ən azı 30 gün ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək: "Mənzillərin əvvəlcədən bron edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Sadəcə mənzillər sürətli şəkildə istifadəçilər tərəfindən sürətlə seçildiyindən belə bir təəssürat yaranır. Lakin mənzillər yalnız müsabiqə günü, müsabiqə saatında satışa çıxarılır".
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər