Elariz ABŞ-da biznes qurdu

elariz-abs-da-biznes-qurdu
Oxunma sayı: 6710

Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlu orada biznes qurub.

Bu barədə “Qafqazinfo”ya ifaçının özü məlumat verib.

Həmyerlimiz Nyu-Yorkda insanların sıx yaşadığı Bruklin bölgəsində “Baku nights” (Bakı gecələri-red.) adlı restoran açıb. E. Məmmədoğlu, həmçinin orada müğənni kimi çıxış edir.

Onun sözlərinə görə, restoranda qonaqlara Azərbaycan mətbəxinin ən gözəl təamları təqdim olunur.