Cənubi Koreyanın Ulsan Milli Elm və Texnologiyalar İnstitutunun mütəxəssisləri növbəti nəsil daşınan qurğular üçün uzadıla bilən və elastik batareyalar yaradıblar.
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, uzadıla bilən yenidən doldurulan litium-ion batareyaları su elektrolitinə əsaslanır və karbon-polimer kompozit materialından istifadə edir.
İstehsalçılar bildirirlər ki, material güclü deformasiya zamanı öz xüsusiyyətlərini saxlayır. Belə xüsusiyyətlər növbəti nəsil daşınan cihazlarda istifadə etməyə imkan verir.
Son xəbərlər
Son Xəbərlər