“Əlavə iqtisadi paketə ehtiyac görmürük”

elave-iqtisadi-pakete-ehtiyac-gormuruk
Oxunma sayı: 2441

“Sosial ödənişlər müddətə bağlı deyil. Onlar birdəfəlik ödəmələrdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. 

O, həmçinin yeni iqtisadi paketin olub-olmayacağı ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, dövlətin bundan əvvəl elan etdiyi iqtisadi paket çoxşaxəlidir: “Bu gün hansısa əlavə paketə ehtiyac görmürük. Hazırda iqtisadiyyata böyük həcmdə dəstək göstərilir”.