“Qafqazinfo” TQDK-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti Akademiyasının “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi”, “Mexanika mühəndisliyi”, “Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi”, “Dövlət və bələdiyyə idarə etməsi” ixtisasları üzrə 2015-ci il iyulun 31-dən avqustun 5-dək əlavə qəbul həyata keçirilir.
Müsabiqədə I və II ixtisas qrupları üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.
Qeydiyyat Azərbaycan Sərhəd Xidməti Akademiyasında aparılır (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 30).
Son xəbərlər
Son Xəbərlər