Danimarka yığmasının çalışdırıcısı Oqe Hareyde Xorvatiyaya qarşı keçirəcəkləri qarşılaşmadan danışıb.
“Qafqazinfo” xəbər verir ki, 64 yaşlı məşqçi 1/8 finalda oynayacaqları güclü rəqiblə oyunda hücum futbolu göstərəcəklərini bildirib:
“Bu gün meydanda başqa bir Danimarka görəcəyik. Hücum xəttində daha güclü olmağa çalışacağıq. Biz davam etmək məcburiyyətindəyik. 90 dəqiqə ərzində hücum etmək və müdafiədə etibarlı oynamaq lazımdır. Bilirik ki, meydanda rəqibdən daha çox güc qoymalıyıq. Qüvvələrimizi qiymətləndirə bilmərəm. Hər iki komanda ağıllı futbol sayəsində irəli gedir. Əlavə vaxt haqqında da düşünmüşük. Belə olsa, hansı addımlar atacağımızı bilirik”.
Son xəbərlər
Son Xəbərlər