Elazığda daha bir zəlzələ oldu

elazigda-daha-bir-zelzele-oldu
Oxunma sayı: 1537

Türkiyənin Elazığ şəhərində daha bir zəlzələ olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Sivricə rayonunda 4 bal gücündə zəlzələ olub. Təkanlar yerin 1,5 kilometr dərinliyində qeydə alınıb.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.