Elazığda zəlzələ oldu

elazigda-zelzele-oldu
Oxunma sayı: 1585

Türkiyənin Elazığ şəhərinin Sivricə rayonunda 5 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ 21,34 kilometr dərinlikdə meydana gəlib. Dağıntı və itki barədə məlumat yoxdur.

 Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 37 nəfər dünyasını dəyişmişdi.