“Elazıqda Xankəndi və Xəzəri görmək gözəl bir duyğudur”

elaziqda-xankendi-ve-xezeri-gormek-gozel-bir-duygudur
Oxunma sayı: 1788


“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Elazıqda olmaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva burada Xankəndi məhəlləsini, Xəzər gölünü, Azərbaycan parkını və Azərbaycan şəhidləri xatirəsinə abidəni, Azərbaycanın və Türk dünyasının böyük şairləri Almas Yıldırım və Bəxtiyar Bahabzadənin adını daşıyan küçəni görmək bizi olduqca məmun etdi deyib və bütün Elazıqlılara, bələdiyyəyə təşəkkürünü bildirib. Elazığın hər zaman Azərbaycanın Qarabağ yarasını, Xocalı Soyqırımı ağrısını hər zaman öz ağrısı kimi hiss etdiyini deyən millət vəkili Qənirə Paşayeva bu bölgədə daxil olmaqla Türkiyənin və Türk dünyasının bütün bölgələrində bu mövzu ilə bağlı keçirilən konfransların, gənclərimizin geniş bilgiləndirilməsinin önəmindən danışıb və dəvət üçün təşəkkürünü bildirib. 

Görüşün sonunda Qənirə Paşayeva Afik Biliciyə və bələdiyyəyə Azərbaycan tarixi və incəsənətini əks etdirən materiallar, kitablar, filmlər, hədiyyələr, həmmüəllifi olduğu ”Xocalı soyqırımı şahidlərin dili ilə”, ” Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabını hədiyyə edərək onu Azərbaycana dəvət edib. Afik Bilici Azərbaycanı sevdiyini deyərək dəvəti məmuniyyətlə qəbul edib və Azərbaycana gəlməkdən məmnun olacağını deyib.