Əlbəyaxa olmuşdular, illər sonra barışdılar - Video

elbeyaxa-olmusdular-iller-sonra-barisdilar
Oxunma sayı: 6235

Müğənnilər Cavad Rəcəbov və Qədir Məmmədov illər sonra barışıblar.

“Qafqazinfo” xəbər verir ki, barışıq “Həmin Zaur” verilişində yaşanıb.

Aparıcı Zaur Kamal telefonla Qədir Məmmədova zəng edib, onu Cavad Rəcəbovla danışdırıb.

Müğənnilər bir-biriləri haqda xoş sözlər deyib, barışdıqlarını bəyan ediblər.

Xatırladaq ki, 2014-cü ildə “Sevimli şou” verilişinin reklam fasiləsində hər iki müğənni əlbəyaxa olmuşdu.