Əlcəzair müxalifəti prezidentin istefasını tələb edir

elcezair-muxalifeti-prezidentin-istefasini-teleb-edir
Oxunma sayı: 859

Əlcəzairin müxalif qüvvələri prezident Əbdüləziz Buteflikanın istefasını tələb edir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, müalifət həmçinin hökumətin buraxılmasını və ölkədə keçid dövrünün elan edilməsini istəyib.  

Qeyd edək ki, Əlcəzair müxalifəti istefa tələbini Buteflikanın beşinci müddətə prezidentliyə namizəd göstərilməsi ilə bağlı yaranan böhranın müzakirəsi zamanı irəli sürüb.