Əlcəzair Prezidenti hospitalizə edilib

elcezair-prezidenti-hospitalize-edilib
Oxunma sayı: 2085

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun hərbi hospitala yerləşdirilib.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, Əlcəzair Prezidenti Administrasiyasının yaydığı kommünikeyə əsasən, siyasətçinin sağlamlıq vəziyyəti heç bir narahatlıq doğurmur.

Kommünikedə qeyd olunur ki, dövlət başçısı həkimlərin tövsiyəsi ilə hospitalizə edilib. “Onun sağlamlıq vəziyyəti stabildir və heç bir narahatlıq doğurmur”, - sənəddə vurğulanır. 74 yaşlı dövlət başçısı klinikadan öz vəzifələrini yerinə yetirməyə davam edir.