Əlcəzair Qəddafinin ailəsini qaytarmadı

elcezair-qeddafinin-ailesini-qaytarmadi
Oxunma sayı: 636

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Əlcəzair tərəfi bu addımı İnterpol və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bu barədə hər hansı rəsmi tələb almaması ilə əlaqələndirib.

Xatırladaq ki, fevralın 26-da Liviya qonşu ölkələrdən Tripoliyə keçmiş lider Qəddafinin bütün tərəfdarlarını qaytarmağı tələb etmişdi. Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlilin bəyanatında deyilirdi ki, əgər bu ölkələr əməkdaşlıqdan imtina etsələr onların Liviya ilə olan əlaqələri “təhlükəli nöqtə”yə gələ bilər.

Qeyd edək ki, keçən ilin payızından Əlcəzairdə Qəddafinin həyat yoldaşı Sofiya, qızı Aişə və oğlanları Hannibal, Məhəmməd, həmçinin onların ailə üzvləri yerləşiblər. Onların hamısına “humanitar səbəblərdən” Əlcəzair torpaqlarında qalmaq hüququ verilmişdi.

Səidə