Əlcəzair sahillərində güclü zəlzələ

elcezair-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1029

Aralıq dənizinin Əlcəzair sahillərində 5,7 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri 164 minə yaxın əhalisi olan Bedjaya şəhərindən 23 kilometr şimali-şərqdə, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.