Əlcəzairdə ən hündür minarəli məscid tikilir

elcezairde-en-hundur-minareli-mescid-tikilir
Oxunma sayı: 1244

2017-ci ildə Əlcəzairdə 265 metr hündürlüyündə minarəsi olan Cama Əl-Cəzair məscidi inşa olunacaq.

Qafqazinfo” AzərTAC-a istinadən xəbər verir ki, məsciddə 120 min insan eyni vaxtda ibadət edə biləcək. Məscidin içində Quranın tədrisi ilə məşğul olan məktəblər, İslam incəsənəti və tarixi muzeyi, milyonlarla kitabın olduğu kitabxana nəzərdə tutulub. Məscidin tikintisi 1,4 milyard dollara başa gələcək.

Hazırda dünyanın ən hündür minarəli məscidi Mərakeşin Kasablanka şəhərindədir. Minarənin hündürlüyü 210 metrdir.