Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində orduya məxsus Mi-171 helikopteri qəzaya uğrayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində biri polkovnik olmaqla üç hərbçi həlak olub.
Əlcəzair Milli Müdafiə Nazirliyinin məlumatına görə, helikopter planlı təlim uçuşu həyata keçirib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər