Əlcəzairdə helikopter qəzaya uğradı - Ölənlər var

elcezairde-helikopter-qezaya-ugradi
Oxunma sayı: 697

Əlcəzairdə Tassili Hava Yollarına məxsus “Bell 206” tipli helikopter ölkənin qərbindəki Ed-Dekakine bölgəsində yerə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əlcəzairin dövlət agentliyi APS məlumat yayıb.

Hadisə zamanı biri pilot olmaqla ümumilikdə 4 nəfər ölüb.

Məlumata görə, helikopetr Əd-Duveyrə ilə Zeralide bölgələri arasındakı dəmiryolunun fotolarını çəkmək və xəritəsini hazırlamaq üçün uçuş keçirirmiş. Pilotun yanında 2 fotoqraf və 1 xəritəçəkmə mütəxəssisi olub.

Qəzanın səbəbi araşdırılır.