Əlcəzairdə keçmiş Baş Nazirlər 10 il müddətinə həbs edildi

elcezairde-kecmis-bas-nazirler-10-il-muddetine-hebs-edildi
Oxunma sayı: 1253

Əlcəzair məhkəməsi ölkənin keçmiş Baş Nazirləri Əhməd Uyahi və Əbdülmalik Sallyali biznesmen Muhiddin Təhkuta qanunsuz imtiyaz verilməsi haqqında iş üzrə 10 il müddətinə azadlıq məhrum edib.

“Qafqazinfo” bildirir ki, bu barədə “Al Arabiya” telekanalı xəbər verib. Onun məlumatına görə, məhkəmə, həmçinin keçmiş Baş Nazirlərə 500 min Əlcazair dinarı (4 min dollara yaxın) məbləğində cərimə təyin edib. 

Daha əvvəl keçmiş Baş Nazirlər Əhməd Uyahi və Əbdülmalik Sallyal korrupsiyaya görə 12 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Onlar artıq cəzalarını çəkirlər.

Qeyd edək ki, Əlcazairdə 2019-cu ilin yazından geniş antikorrupsiya kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində onlarla məmur, o cümlədən keçmiş hökumət başçıları, eks-nazirlər, biznesmenlər və oliqarxlar azadlıqdan məhrub edilib və ya barələrində həbs qətimkan tədbiri seçilib.