Əlcəzairdə prezident seçkilərinin vaxtı bəlli oldu

elcezairde-prezident-seckilerinin-vaxti-belli-oldu
Oxunma sayı: 826

Əlcəzairdə yeni prezident seçkiləri iyulun 4-də keçiriləcək.

“Qafqazinfo” rosbalt.ru-ya istinadən xəbər verir ki, seçki tarixini 90 gün sonra səlahiyyətləri bitəcək müvəqqəti prezident Əbdülqədir Bensaleh təyin edib. Eyni zamanda, “Yeni Əlcəzair üçün cəbhə” müxalif partiyasının lideri Camal ben Abdessalyam müxalifətin xalq etirazlarına dəstək olaraq seçkilərdə iştirakdan imtina edəcəyini bəyan edib.

Qeyd edək ki, Əlcəzairdə Əbdülqədir Bensalehin müvəqqəti prezident olması əleyhinə etirazlar başlayıb. Onlar Bensalehin əvvəlki prezident Buteflikanın davamçısı olduğunu bildirir və onun bütün tərəfdarlarının istefasını tələb edirlər.

Xatırladaq ki, Buteflika səhhəti ilə əlaqədar 20 illik hakimiyyətdən sonra aprelin  2-də istefa verib.