Əlcəzairdə qarşıdurma şiddətlənir - 183 yaralı

elcezairde-qarsidurma-siddetlenir
Oxunma sayı: 1573

Əlcəzairdə prezident Əbdüləziz Buteflika əleyhinə aksiyalar genişlənir.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, 82 yaşlı prezidentin növbəti seçkilərdə də namizəd olacağını elan etməsindən sonra başlayan mitinqlər polislərlə qarşıdurmaya çevrilib.

Qarşıdurma zamanı 183 nəfər yaralanıb. Aksiyaların “Ərəb baharı”ndan sonrakı ən böyük kütləvi nümayiş olduğu bildirilir.

Qeyd edək ki, 2013-cü ildə iflic keçirən Buteflikanın vəziyyəti son günlərdə ağırlaşıb. O, İsveçrənin Cenevrə şəhərində müalicədədir və vəziyyətinin kritik olduğu bildirilir.