Əlcəzairdə hərbi təyyarə qəzaya düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin Bufarik aeroportu yaxınlığında düşdüyü bildirilir. Onlarla insanın öldüyü deyilir.
Səudiyyə Ərəbistanının Əl Ərəbiyə televiziyasının məlumatına görə, təyyarədə azı 100 nəfər olub.
***
Təyyarənin göyərtəsində 200-dən çox hərbçi olub. Böyük ehtimalla onların hamısı ölüb.
***
“Əl-Ərəbiyə” telekanalı qəzaya səbəb kimi texniki nasazlığı göstərib. Qeyd edək ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb və yanmağa başlayıb.
***
Əlcəzairin Mülki Müdafiə idarəsinin məlumatına görə qəzada 181 nəfər ölüb.
***
Hərbi təyyarənin qəzaya düşdüyü ərazidən 247 hərbçinin cəsədi tapılıb. Bu barədə "Sky News Arabia" mənbəsinə istinadən məlumat yayıb.
Son xəbərlər
Son Xəbərlər