Əlcəzairdə Əhməd Uyaxyeyin başçılığı ilə hökumətin istefasından sonra prezident Əbdüləziz Buteflika yeni baş nazir təyin edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazirlərin yeni tərkibinə keçmiş daxili işlər naziri Nurəddin Bedui başçılıq edəcək. Yaxın zamanlarda o, dövlət başçısına öz komandasını təqdim edəcək.
Ölkədə eyni zamanda birinci vitse-baş nazir vəzifəsi də yaradılacaq. Bu postu isə xarici işlər naziri Ramatan Lamamra tutacaq.
Son xəbərlər
Son Xəbərlər