Əlcəzairin şimal-şərqində qoşqulu yük maşını və turist avtobusunun toqquşması nəticəsində azı 18 nəfər həyatını itirib.
Bu barədə “Qafqazinfo” “An-Nahar” portalına istinadən xəbər verir.
Onun məlumatına görə, avtoqəza Cicel və Konstantin şəhərlərini birləşdirən yolda baş verib. Daha 11 nəfər xəsarət alıb və hospitalizə edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər