“Qafqazinfo” xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun "ölkənin ən böyük işsiz-gücsüz avarası baş cəbhəçi Əbülfəz Əliyev (Elçibəy-red.) idi" ittihamına cavab olaraq bildirib.
A.Əliyev qeyd etdi ki, Əbülfəz Elçibəyə hətta mərhum prezident Heydər Əliyev də hörmət edib: “Heydər Əliyev qardaşım haqqında yüksək fikirdə olub. Ağabəy Əsgərov kimi adamlar Elçibəy haqqında danışarkən heç olmasa bunu nəzərə alsınlar. O, xəstə adamdır, vəzifə əldə etmək üçün Elçibəyi söyür. Amma bilmir ki, bu cür ifadələrinə görə ona heç kəs, hətta öz komandası da hörmət qoymayacaq. Əbülfəz Elçibəyin siyasi fəaliyyətindən narazılıq etmək olar, amma onu avara adlandırmaq həm də günahdır. Bu günə qədər Elçibəyi təhqir edənlərdən heç kim ağ günə çıxmayıb, başları bəlalar çəkib. Görəcəksiz, Ağabəy Əsgərov da bu sözünün bəlasını çəkəcək”.
Son xəbərlər
Son Xəbərlər