Elçibəyin ailəsindən etiraz

elcibeyin-ailesinden-etiraz
Oxunma sayı: 1281


“Belə savadsız və səviyyəsiz müsahibənin bizim keçmiş prezidentimizə aid olmasına inanmaq istəmirem. Amma əgər doğrudan da Ayaz Mütəllibov bu müsahibənin sahibidirsə yazıqlar olsun. 

Əbülfəz Elçibəy heç zaman Xocalı faciəsine görə, eyni zamanda Qarabağ məsələsinə görə daxildə düşmən axtarışına çıxmadı. Onun bir tək düşməni vardı, o da Azerbaycanın bütün faciələrinin baiskarı-Rus imperializmi”.

A.Səmədbəyli daha sonra A.Mütəllibovun Elçibəyi dissident kimi qəbul etməməsi, onların savadsız olması haqda dediyi fikirlərə də münasibət bildirib: “Əvvəla siz haqq dünyada olsaydınız, Elçibəy sağ olsaydı, sizin haqqınızda jurnalist ona sual versəydi, o, sizdən fərqli olaraq ancaq müsbət şeylər danışardı. Çünki haqq dünyada olan adamın dalınca danışmağı Elçibəy nakişilik sayırdı. Xalq Cəbhəsinin təhbərliyində olmuş sağ qalanlar isə əminəm ki, sizə layiqli cavabı verəcəklər”. 

Ayaz Mütəllibov deyir: Əgər bu primitiv millətçilər bir-birinin ardınca mənə qarşı təxribat törətməsəydilər, sizi əmin edirəm ki heç nə baş verməyəcəkdi. Eyni müsahibədə etiraf edir ki, Xocalıda baş verənlərdən 3 gün xəbərsiz olub. Nə MTN sədrinin, nə də DİN rəhbərinin bu soyqırımdan xəbəri olmayıb. Yorumu sizə buraxıram əziz soydaşlar.

Ayaz Mütəllibov sonra deyir:

“Narıncı inqilabların ilk təcrübəsi Bakıda sınaqdan çıxıb. Fikir verin, metodlar da eyni idi: hökumət binalarının mühasirəyə alınması, hakimiyyət rəhbərlərinin yaxın ətrafının satqınlığı, sabotaj. Bəyəm indi Ukraynada Yanukoviç nəsə edə bilər?

Cənab Ayaz Niyazoviç! Evvəla, bütün inqilablar qardaşdır-bunu bilmək üçün çox ağıllı olmağa ehtiyac yoxdur.

İkincisi, dövletin başında olan Debil olanda və Xalqa qarşı debil qərarlar verəndə ətrafında nə qədər ağıllı adam varsa, onu tərk edir. Yanukoviçə haqq qazandırmaqla gerçək üzünüzü göstərirsiniz. Yanukoviç çox şey edə bilərdi, etmədi. Necə ki siz zamanında rusun ətəyindən əl çəkmədiniz, eləcə də Yanukoviç bu hərəkəti təkrarladı. O, bir nəfərin burnu qanamadan istefa verə bilərdi, yəni seçkilər keçirərdi. Bununla da hər şey yoluna girərdi.

Deyirsiniz ki, Qorbaçov nə Üçlər İttifaqının, nə də faşizmin dağıda bilmədiyi nəhəng bir ölkəni dağıtdı.Bu isə cinayətdən də ağır əməldir.

Bu fikrinizdən aydın olur ki, siz SSRİ- nin xiffətini çəkirsiniz. Sizin vecinizə deyil SSRİ dövründə repressiyalara məruz qalan yüz minlərlə soydaşımız.

Sizin vecinizə deyil, bizdən qoparıb ermenilərə pay edilən torpaqlar. Təki SSRİ olaydı, Ayaz Niyazovun əli rusun ətəyində olaydı, güzgü-daraq da həmişə cibinizdə olaydı...

Bir də deyirsiniz: 

Xalq Cəbhəsinin rəhbərləri kimlər idi. Hamısı heç nəyə yaramayan savadsız adamlar.Xalq Cəbhəsinin rəhbərləri guya dissident olublar. Onlar haçandan dissident olublar. Elçibəyin nəyi dissident idi?

Evvela siz Haqq dünyada olsaydınız, Elçibəy sağ olsaydı, sizin haqqınızda jurnalist Ona sual verseydi O, sizdən fərqli olaraq ancaq müsbət şeylər danışardı. Çünki Haqq dünyada olan adamın dalınca danışmağı Elçibəy nakişilik sayırdı.

Xalq Cəbhəsinin rəhbərliyində olmuş sağ qalanlar isə əminəm ki, sizə layiqli cavabı verəcəklər".