Elçibəyin müşaviri vəfat etdi

elcibeyin-musaviri-vefat-etdi
Oxunma sayı: 1585


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, general Dəmirbulaq ürək-damar çatışmazlığından əziyyət çəkib.

Qeyd edək ki, 1933-cü ildə  anadan olmuş Yaşar Dəmirbulaqın ata-babası İrəvan yaxınlığındakı Dəmirbulaq kəndindən Qarsa köçüb. Türk ordusunda 35 il xidmət edən Y. Dəmirbulaq, Hərbi Hava  Qüvvələri Kəşfiyyat İdarəsinin rəisi, Türkiyənin Vaşinqtondakı hərbi attaşesi vəzifələrini tutub. O, 1988-ci ildə təqaüdə çıxıb.

1992-ci ilin iyununda prezident Əbülfəz Elçibəyin dəvəti ilə Azərbaycana gəlib və  bir  il onun hərbi məsələlər üzrə müşaviri olub.