Elçilik mərasimini tənqid etdi

elcilik-merasimini-tenqid-etdi
Oxunma sayı: 7964

Türkiyənin 21 yaşlı pop ulduzu Aleyna Tilki yeni paylaşımı ilə diqqət çəkib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən məlumat verir ki, gənc müğənni sosial şəbəkə hesabında elçilik məsələsinə reaksiya verib. 21 yaşlı müğənni qız istəmə mərasimini çox gülünc gördüyünü bildirib.

Tilki, Tvitter hesabında yazıb:

“Qız istəmək prosesi çox gülüncdür. Nə əlaqə? Mal istəyər kimi qızı oğlumuza verərsiniz... Bu, iyrəncdir! İnsan kimi, “Evlənəcəyik, razılığınız varmı?” – de, qurtarsın...”.