Müğənni Elçin Cəfərov Avstriya Kansleri Sebastian Kurzla görüşüb.
“Qafqazinfo”nun məlumatına görə, sənətçi öz instaqram hesabında Vyanada “Le Méridien Vienna” hotelində Kurzla görüşərkən çəkdirdiyi fotosunu paylaşıb.
Qeyd edək ki, 33 yaşlı S. Kurz Avstriyanın 30-cu federal Kansleridir. 29 sentyabr 2019-cu ildə keçirilən erkən parlament seçkilərində onun rəhbərlik etdiyi “Avstriya Xalq Partiyası” yenidən qalib gəlib.

Son xəbərlər
Son Xəbərlər