“Elçin Behbudov hamiləliyin səbəbi ilə məşğul olmağa başlayıb”

elcin-behbudov-hamileliyin-sebebi-ile-mesgul-olmaga-baslayib-
Oxunma sayı: 2905


“Lamiyə Quliyevaya 10 il iş kəsilib. Onun nişanlısı isə Qobustanda saxlanılır. Mənə də təəccüblü gəldi ki, bu, necə ola bilər? Açığı, özüm araşdırma aparmamışam. Bir qrup məhkumun valideyni ilə görüşdə bu məlumatı verdilər. 4 saylı cəzaçəkmə müəssisəsində qadın dustaqlar var. Bəs, bu uşaq göydən gəldi, ya möcüzə olub, xəbərimiz yoxdur. Hesab edirəm ki, Penitensiar Xidmətin buna aydınlıq gətirməsi yaxşı olardı”.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Əlövsət Əliyev E.Behbudovun fikirləri ilə razılaşmadığını qeyd etdi:

“Elçin Behbudovun açıqlamasını oxuyanda inanmadım. Bunu mətbuatın xətası kimi dəyərləndirdim. Amma sonda belə bəlli oldu ki, o, həqiqətən belə müsahibə verib. Daha sonra düşündüm ki, E.Behbudov xanıma münasibətdə zorakılığın olub-olmadığını araşdıracaq. Lakin bunların heç biri olmadı. Görünür, Azərbaycanda QHT-lərin fəaliyyəti məhdudlaşanı, Elçin bəy cəzaçəkmə müəssisələrində qadınların hamiləliyinin səbəbi ilə məşğul olmağa başlayıb”.