Elçin Hüseynov təqdimat etdi- - Video

elcin-huseynov-teqdimat-etdi-
Oxunma sayı: 1689


“Qafqazinfo”nun məlumatına görə, ifaçı sənət dostlarını və media nümayəndələrini başına toplayaraq “Yalanın adı” adlı mahnısına çəkilmiş klipini nümayiş etdirib. Sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova məxsus olan mahnıya teleaparıcı Tural Ozan ekran həyatı verib.

“Əvvəla məni sayıb gələn hər kəsə minnətdarlığımı bildirirəm. Artıq 20 ilə yaxındır ki, incəsənət aləmindəyəm. Tamaşaçının zövünə uyğun, adıma layiq iş təqdim etmək istədim. Klip Avropasayağı çəkilib. Klip ürəyimcə oldu. İnanıram ki, tamaşaçılar da bəyənəcək”-, deyə ifaçı klipi haqqında təəssüratlarını bölüşüb. Təqdimat mərasimində müğənnilər Emil Bədəlov, Xatirə İslam, Sevinc Ağaşirinova, Rüfət Axundov, Vüqar Muradov, Elçin Cəfərov, Roza Zərgərli, Zarina, teleaparıcılar Cavid Gül, Şəhriyar Əbilov, rəqqasə Fatimə, Oksana Rəsulova, prodüser Təranə Səmədova, və başqaları ifaçının xoş günündə yanında olub.