Elçin Məmmədov Çempionlar Liqası matçına təyinat aldı -

elcin-memmedov-cempionlar-liqasi-matcina-teyinat-aldi-
Oxunma sayı: 1158


“Qafqazinfo” xəbər verir ki, o, UEFA Çempionlar Liqasının “play-off” mərhələsi çərçivəsində avqustun 18-də, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Partizan" (Serbiya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə də yeni təyinat alıb. Qitə futbol qurumu onu Moldovaya göndərir.

 Hüseynzadə Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Milsami” (Moldova) – “Sent-Etyenn” (Fransa) görüşünə UEFA nümayəndəsi kimi təyinat alıb.

Qeyd edək ki, avqustun 20-də Kişinyovda keçiriləcək qarşılaşmanı polşalı Pavel Gil idarə edəcək.

“Qafqazinfo”