“Elçin Mirzəbəylinin xanımının, baldızının evini kompensasiya ödəmədən söküblər” - Yenilənib

elcin-mirzebeylinin-xaniminin-baldizinin-evini-kompensasiya-odemeden-sokubler
Oxunma sayı: 3873

“Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, icazə almadan tikintiyə, söküntüyə başlayırlar. Onları dayandıracaq qurum da yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev parlamentin plenar iclasında bildirib.

Deputatın sözlərinə görə, məhkəmələrin qərarları açıq-aşkar icra olunmur: “Belə tikinti şirkətlərinin rəhbərlərinin gözlərini pul elə tutub ki, Allahdan belə qorxmurlar. Anlamırlar ki, Allah bir gün onlara qan qusduracaq. Müavinim Elçin Mirzəbəylinin həyat yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödəmədən gəlib söküblər. 

Mən bilirəm ki, bu, Ombudsmanın gücü çatacaq məsələ deyil, amma soruşmaq istəyirəm, siz nə təklif edirsiniz? Milli Məclisin məsuliyyəti nə qədərdir? Biz nə edək ki, bu vəziyyəti dəyişək?”

***

Ombudsman Səbinə Əliyeva cavab olaraq bildirib ki, ölkə vətəndaşlarının mülkiyyət hüquqları ən ali şəkildə qorunmalıdır:

“Problem bu sahəyə nəzarəti həyata keçirən qurumların daha ciddi nəzarət etməmələrindədir. Ümid edirik ki, bu çıxışlardan sonra gələcəkdə dövlət qurumları bu sahəyə həssas yanaşacaqlar”.

Zaur Mirzə