Elçin qalmaqallı “Kelebek” statusunu niyə silib?

elcin-qalmaqalli-kelebek-statusunu-niye-silib
Oxunma sayı: 1167

“Altın Kelebek”də “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasına namizəd olan müğənni Elçin Cəfərov mükafat gecəsinin təşkilatçıları barədə yazdığı qalmaqallı fikirləri instaqram hesabından silib.

“Qafqazinfo” mövzu ilə bağlı sənətçi ilə əlaqə saxlayıb. Elçin açıqlamasında bildirib ki, təşkilatçılarla görüşündən sonra belə addım atıb.

“Xəzər TV-də təşkilatçılarla görüşüb danışdıq. Mübahisə nəyə lazımdır? Problem həll olundu”, - deyə Cəfərov sözlərinə əlavə edib.

Qeyd edək ki, E. Cəfərov yazdığı statusda təşkilatçıların haqsız addım atdığını, İstanbula yalnız xanım namizədlərin aparıldığını, ilk gündən onlara xanımlardan birinin qalib olacağının deyildiyini bildirmişdi.