Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi - Fotolar

elcin-quliyev-sehidlerin-mezarlarini-ziyaret-etdi
Oxunma sayı: 5076

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçular - polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Bu barədə “Qafqazinfo”ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.

Hərbi qulluqçuların ailələrinə baş çəkilib, onlara başsağlığı verilib.