Elçin Şıxlı ifadə verdi

elcin-sixli-ifade-verdi
Oxunma sayı: 1937

Bakı Ağır Cinayətlər Məhkəməsində  Teref.info saytının rəhbəri Nurəddin Xocanın məhkəməsi keçirilib.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə Elçin Şıxlı şahid qismində çıxış edib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib və əlavə suallar olarsa, cavablandıracağını bildirib. 

E. Şıxlı istintaqa ifadəsində deyib ki, N. Xocanın işləməyə yeri olmadığı üçün ona öz redaksiyasında yer ayırıb və təqsirləndirilən şəxs həmin saytı oradan idarə edib. 

Daha sonra N. Xocanın vəkili Elçin Sadıqov vəsatət verərək saytda yayımlanan yazılara linqvistik rəy verən Elmlər Akademiyasının departament rəhbəri Bəxtiyar Əliyevin məhkəmədə dindirilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb. Proses martında 18-də davam etdiriləcək. 

Qeyd edək ki, Nurəddin İsmayılov (Xoca) saytında dərc olunan məqalələrlə bağlı dövlət əleyhinə yönələn açıq çağırışlar etmə, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığında təqsirləndirilir. 

Murad Əhməd