Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda keçirilən “Əhali ilə aktiv gürüşlər aylığı” çərçivəsində rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Badamdar qəsəbəsinin sakinləri ilə görüşüb.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə E. Əzizov prezident İlham Əliyevin tapşırıq və sərəncamlaına əsasən rayonda və o cümlədən Badamdar qəsəbəsində görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyev, qəsəbə sakinləri Baba Bayramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin İçəri şəhər üzrə səlahiyyətli nümayəndəsi, «Cümə məscidi» dini icmasının sədri, axund Surxay Məmmədli, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rüfət Gülalıyev və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışıblar.
Görüşdə zalda quraşdırılmış mikrofonlar vasitəsi ilə 30-a yaxın sakinin təbii qaz, içməli su təchizatı, yolların vəziyyəti, məşğulluq, məktəbəqədər təhsil müəssisələri, qəsəbədə fərdi və çoxmərtəbəli evlərin tikintisi, sosial müdafiə, «Abad məhəllə» layihəsinin davam etdirilməsi və s. məsələlərlə bağlı verdikləri suallar dinlənilib, bu sualları ətraflı cavablandıran icra başçısı əhalinin problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq geniş müzakirələr aparıb.

Son xəbərlər
Son Xəbərlər