Məlumat verdiyimiz kimi, bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin tərəfinin dəvəti ilə Pekin və Sıçuan vilayətinin Çendu şəhərində işgüzar səfərdə olub.
“Qafqazinfo xəbər verir ki, bu barədə “Real” televiziyasına müsahibə verən Eldar Əzizov keçirilən 2 görüşdən xatirələrini bölüşərək xüsusilə qeyd edib ki, Çinin ən böyük vilayətlərindən biri olan Sıçuan əyalətinin qubernatoru və Pekin şəhərinin rəhbərlikləri birmənalı olaraq qeyd ediblər ki, İlham Əliyev böyük şəxsiyyətdir: “O, müstəqil siyasət yürüdür, islahatlar aparır və bu səbəbdən də Azərbaycan post-sovet məkanında seçilir. Biz Azərbaycanla ilk növbədə İlham Əliyev faktorunu nəzərə alaraq əməkdaşlıq etmək və iqtisadi münasibətləri inkişaf etdirmək niyyətindəyik”.
Eldar Əzizov vurğulayıb ki “Dünyanın ən böyük və ən güclü ölkələrindən biri sayılan Çinin Azərbaycan rəhbərliyinə xüsusi münasibəti və ehtiramı ciddi göstəricidir.
Son xəbərlər
Son Xəbərlər