Eldar Həsənov həbsdə qaldı

Eldar Həsənov həbsdə qaldı
Oxunma sayı: 1952

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın sabiq baş prokuroru, hazırda həbsdə olan Eldar Həsənovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Həsənovun girov müqabilində ev dustaqlığına buraxılmaq üçün etdiyi müraciəti hakim Rəşad Abdulov təmin etməyib, o, həbsdə qalıb.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Avqustun 14-də Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Həsənov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham təqsirləndirilir. 

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi