Milli Məclisin İntizam Komissiyasına yeni sədr seçilib.
“Qafqazinfo” nun məlumatına görə, bundan sonra komissiyaya deputat Eldar İbrahimov rəhbərlik edəcək. E. İbrahimov əvvəlki çağırışda Aqrar siyasət komitəsinin sədri idi. Komissiyanın sədr müavini postuna isə deputat Fəzail Ağamalı seçilib.
Qeyd edək ki, yeni tərkib 11 deputatdan ibarətdir. Komissiyanın əvvəlki sədri Ağacan Abıyev idi. A. Abıyev sonuncu seçkilərdə iştirak etməyib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər