Eldar Qasımov və Nigar Camal Türkiyədə müsabiqəyə qatıldılar

eldar-qasimov-ve-nigar-camal-turkiyede-musabiqeye-qatildilar
Oxunma sayı: 857

Səhnəyə çıxan cütlük "Eurovision 2011" müsabiqəsində Azərbaycana qalibiyyət gətirən "Running scared" mahnısını ifa ediblər. ANS PRESS-in Türkiyənin "Habertürk" saytına istinadən verdiyi məlumata görə, müsabiqəni izləməyə gələnlər Eldar və Nigarı uzun müddət ayaqüstə alqışlayıblar. Azərbaycanlı müğənnilər səhnədə olduqları müddətdə əllərində Türkiyə bayrağı olub.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyəyə gedən Azərbaycan təmsilçiləri 1600 illik antik hovuzda üzərək stres atmışdılar.