28 saylı Sabunçu III seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyevin görüşündə böyük seçici coşğusu müşahidə olunub.
"Qafqazinfo" xəbər verir ki, bu gün Maştağa qəsəbəsində keçirilən görüşdə Maştağa, Nardaran, Bilgəh və Zabrat qəsəbələrindən olan seçicilər iştirak ediblər.
Çıxış edən ağsaqqallar, qəsəbə sakinləri, gənclər Eldar Quliyevin deputat olduğu müddətdə gördüyü işlərdən, seçildiyi dairənin problemlərinin həlli istiqamətində fəaliyyətlərindən danışıblar. Görüşdə iştirak edən ictimaiyyət nümayəndələri, ziyalılar və seçicilər parlament seçkilərində namizəd Eldar Quliyevə uğurlar arzulayıblar.
Çıxış edənlər 9 fevral növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəklərini və seçkilərdə birmənalı olaraq Eldar Quliyevi dəstəkləyəcəklərini bildiriblər.
Son xəbərlər
Son Xəbərlər