Eldar Sabiroğlu siyasətə qayıda bilər

eldar-sabiroglu-siyasete-qayida-biler
Oxunma sayı: 2584


E. Sabiroğlu telefon vasitəsilə sualı eşidər-eşitməz  bizə sualla “sizi çox maraqlandırır?” cavabını verdi. 

Siyasətə yenidən qayıdıb-qayıtmayacağı ilə bağlı suala isə E. Sabiroğlu bildirdi ki, onu gələcək göstərəcək: “Siyasətə qayıtmağım mümkündür. Hələlik istirahət edirəm”.

E. Sabiroğlu “2015-ci ildə keçiriləcək parlament seçkilərində namizəd olaraq iştirak edəcəksinizmi?” sualına “əzizim, mən artıq sizin suala cavab verdim” fikirlərini səsləndirib.

Xatırladaq ki, E. Sabiroğlu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi postuna təyin olunana qədər 1995-2000-ci illərdə Milli Məclisin üzvü olub. 

teleqraf.com