Eldara gözlənilməz təklif - Video

eldara-gozlenilmez-teklif
Oxunma sayı: 2514

Avroviziya qalibi, müğənni Eldar Qasımov Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasiminin aparıcılarından biri olacaq. 

“Qafqazinfo” xəbər verir ki, ifaçı bu barədə İnstaqram hesabında məlumat verib. Belə ki, festivala musiqili qonaq qismində dəvət olunan Qasımova daha sonra gözlənilmədən mötəbər tədbirdə aparıcılıq missiyası təklif olunub. Eldar artıq məşqlərə başladığını qeyd edib. 

İyulun 27-də (bu gün) baş tutacaq mərasimin digər aparıcısı isə Azərbaycan Televiziyasının əməkdaşı Nurlana Cəfərova olacaq.