Eldarla Samirə Yana Çurikovanın qonağı olacaq

eldarla-samire-yana-curikovanin-qonagi-olacaq
Oxunma sayı: 2225

Rusiyanın Birinci kanalının aparıcısı Yana Çurikova instaqram sosial şəbəkəsində beynəlxalq “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş onlayn marafon keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, şounu bu gün saat 21:00-dan etibarən aparıcının rəsmi hesabından izləmək mümkün olacaq.

İki saatlıq konsert Çurikovanın “ÇuTok” şousu çərçivəsində həyata keçəcək. Onlayn proqramın virtual qonaqları Eldar Qasımov, Samirə Əfəndi, Sergey Lazarev, Polina Qaqarina və Filipp Kirkorov olacaq.