Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev üzvlükdən istefa verib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, Facebook səhifəsində yazıb:
"Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dan istefa verirəm".
Xatırladaq ki, dünən Milli Şuranın Koordinasiya Mərkəzinin "Zoom"la keçirilən iclasında işlədilən ifadələr və videonun həmin hissəsinin sosial şəbəkədə paylaşılması qalmaqala səbəb olmuşdu. Belə ki, onlar Eldəniz Quliyevin bir müddət əvvəl REAL sədri İlqar Məmmədovu hədəf alaraq jurnalist İsmayıl Cəlilovu təhqir edən statusunu müzakirə edərkən özləri də cinsi azlıq nümayəndələrinin əleyhinə qeyri-etik ifadələr işlədiblər.
Son xəbərlər
Son Xəbərlər